Axtarışda olan məktəb direktoru danışdı: “1000 manat borcum vardı“

“Mənim barəmdə cinayət işinin başlaması ilə bağlı xəbərlər düz deyil”
Bu barədə Lent.az-a Bakıda yerləşən 55 saylı məktəbin direktoru Vahid Dəmirov bildirib. Onun sözlərinə görə, heç kimə qarşı dələduzluq etməyib və axtarışda deyil: “Bir müddət əvvəl 1000 manat borcum vardı, onu da qaytarmışam. 1000 manata görə niyə qaçım ki? Məsələ ay yarım əvvəl həll olunub gedib”. Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğuya verilən cavaba görə, Bakı şəhəri, Orucov küçəsi 21 ünvanında yerləşən 55 nömrəli məktəbin direktoru Vahid Dəmirov  bu ilin mart ayından işə çıxmır.O, işə çıxmaması ilə bağlı BŞTİ-yə müxtəlif vaxtlarda əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqələri təqdim edib.Hazırda V. Dəmirovu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Sabunçu-Xəzər-Pirallahı Metodik bölməsinin müdiri Məmmədov Alı Xıdır oğlu əvəz edir.pia.az