Məmmədyarov Axramoviçi qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri Qennadiy Vladimiroviç Axramoviçi qəbul edib
Nazirlikdən verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.Səfir həmçinin diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.E.Məmmədyarov səfir Q.Axramoviçə diplomatik fəaliyyətində uğurlar arzu edib.pia.az