Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək

Qəbulda 50-dək vətəndaşın müraciəti dinlənilib
Mikayıl Cabbarov Sumqayıtda vətəndaşları qəbul edib. Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, Sumqayıt şəhərindəki Tarix Muzeyində keçirilən görüşdə Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayonlarının sakinləri iştirak ediblər."Qəbulda 50-dək vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb", - nazirlikdən bildirilib.pia.az