Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya NATO tərəfdaşlarını və Ukraynanı hərbi büdcəsinə görə aldadır...

Almaniya hökuməti müdafiə büdcəsinin artırılması və Kiyevə hərbi yardım göstərilməsi barədə məlumat verərkən NATO-dakı tərəfdaşlarını, Ukraynanı və öz seçicilərini aldadır...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın DW telekanalıməlumat yayıb.

"Almaniya silahlı qüvvələrinin Zitenvende (dönüş nöqtəsi) kimi tanınan böyük islahat planları yenidən məhdudlaşdırılıb. 2024-cü il üçün federal büdcədə hökumət NATO-nun xərcləmə hədəflərini çətinliklə yerinə yetirəcək", deyə nəşr yazıb.

Qeyd olunur ki, NATO ölkələri hər il büdcələrinin 2%-ni silahlı qüvvələrə xərcləməyi öhdələrinə götürüblər. Rusiyanın Ukraynaya hücumundan sonra kansler Olaf Şolts Alyansın tərəfdaşlarına Almaniyanın gələcəkdə bu məqsədə çatacağına söz verib.

Bu məqsədlə 100 milyard avroluq xüsusi fond yaradılmışdı ki, bu fond da Bundesver üçün müasir hərbi texnikanın alınmasına yönəldilməli idi. Ancaq məlum olub ki, Ukraynaya hərbi yardım indi də eyni fonddan maliyyələşdirilir. Almaniyanın ən böyük müxalifət partiyası CDU bu yanaşmanı kəskin tənqid edib.

"Bu, Almaniyanın hələ də 2%-lik hədəfə çata biləcəyi təəssüratı yaratmağa yönəlmiş həqiqətən qeyri-şəffaf bir sistemdir", deyə partiyanın sözçüsü Roderix Kiesevetter bildirib.

Eyni zamanda Kiesevetter Almaniya hökumətinin Ukraynaya yardım xərclərini hesablamasını da tənqid edib:

"Rəqəmlər bəzədilib... Biz əslində nəyin çatdırıldığına diqqətlə nəzər salmalı olduq. Və gördük ki, bu, son iki ildə 4 milyard avro ilə 5 milyard avro arasındadır. Bu il üçün daha 8 milyard avro elan edilib, lakin çatdırılmayıb və Almaniya hökuməti yalnız vəd edilənləri deyil, çatdırılanları dərc etsəydi, bu çox ədalətli və faydalı olardı".

Almaniya hökumətinin məlumatına görə, Ukraynaya 17 milyard avrodan çox maliyyə yardımı göndərilib. Lakin Kiesevetterin sözlərinə görə, bu rəqəmə Almaniyanın özündə bir milyondan çox ukraynalı qaçqın üçün sosial xidmətlər də daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar