Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali Məhkəmə Cəlilabadın həbsdə olan keçmiş icra başçısının əmlakları ilə bağlı şikayəti rədd edib

Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun əmlaklarının müsadirə edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb...

“Report”un xəbərinə görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin şikayətləri dinlənilib.

Keçmiş icra başçısının oğlanları-Rəsul və Fərid Zeynalovlar əmlakların müsadirədən azad olunmasını xahiş ediblər.

Məhkəmə müsadirə ilə bağlı qərarda hər hansı qanunsuzluq olmadığı üçün şikayəti rədd edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Ən çox oxunanalar