Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ uzunmüddətli enerji şokuna hazırlaşır

Enerji üzrə avrokomissar qiymətlərin uzun müddət yüksək qalacağını və vəziyyətin daha da pisləşə biləcəyini bildirib...

Avropa İttifaqı Yaxın Şərqdə müharibə fonunda mümkün “uzunmüddətli” enerji böhranına qarşı hazırlıqlarını gücləndirir.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşrinə açıqlamasında Aİ-nin enerji üzrə komissarı Dan Yorgensen bildirib.

Onun sözlərinə görə, Aİ hazırda bütün mümkün variantları nəzərdən keçirir. Bu variantlara yanacaq normativlərinin tətbiqi və strateji ehtiyatlardan əlavə neft buraxılması kimi tədbirlər də daxildir.

“Bu, uzunmüddətli böhran olacaq. Enerji daşıyıcılarının qiymətləri çox uzun müddət yüksək səviyyədə qalacaq”, – deyə Yorgensen vurğulayıb.

Avrokomissar əlavə edib ki, bəzi “kritik əhəmiyyətli” məhsullar üzrə vəziyyət yaxın həftələrdə daha da pisləşə bilər.

Onun sözlərinə görə, Aİ hazırda “ən pis ssenarilərə” hazırlaşır. Bununla belə, blok hələlik aviasiya yanacağı və dizel kimi əsas məhsullar üzrə normativlərin tətbiqi mərhələsinə çatmayıb.

Analitiklər hesab edirlər ki, Aİ-nin bu cür hazırlıqları enerji bazarındakı qeyri-müəyyənliyin davam etdiyini və regiondakı geosiyasi gərginliyin Avropa iqtisadiyyatına ciddi təsir göstərməkdə davam etdiyini nümayiş etdirir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay