Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ kritik əhəmiyyətli məhsulların 70%-nin Avropada istehsal etmək niyyətindədir

Brüssel Çin asılılığını azaltmaq üçün “Avropada istehsal edilib” hədəfini müəyyənləşdirir...

Poliqon xəbər verir ki, Financial Times nəşri Avropa Komissiyasının bir sıra strateji məhsullar üzrə, xüsusilə avtomobil kimi kritik əhəmiyyətli kateqoriyalarda istehsalın ən azı 70%-nin Avropa daxilində həyata keçirilməsini nəzərdə tutan yeni hədəf üzərində işlədiyini yazıb. Məqsəd Aİ sənayesini ucuz Asiya, xüsusilə Çin idxalından asılılıqdan çıxarmaq və Avropa istehsalını stimullaşdırmaqdır.

Məlumata görə, Brüssel 10 dekabrda təqdim ediləcək qanun layihəsi çərçivəsində “Made in Europe” (Avropada istehsal edilib) hədəflərinin rəsmiləşdirilməsini nəzərdən keçirir. Sənədlə tanış olan Aİ rəsmiləri bildiriblər ki, belə tələblər şirkətlər üçün illik 10 milyard avrodan çox əlavə xərc yarada bilər, çünki istehsalçılar daha ucuz Çin komponentləri əvəzinə bahalı Avropa hissələrini almağa məcbur qalacaqlar.

Təklif Fransanın uzun illərdir irəli sürdüyü sənaye siyasətinin kulminasiya nöqtəsi kimi qiymətləndirilir. Sənayesi ciddi rəqabət təzyiqi ilə üzləşən Aİ-də Paris daxili istehsalın gücləndirilməsini strateji prioritet hesab edir. Bu prosesə Fransanın Aİ komissarı Stefan Sejourne rəhbərlik edir.

İqtisadçılar bildirirlər ki, bu addım Avropanın sənaye müstəqilliyini gücləndirsə də, qısamüddətli perspektivdə şirkətlərə əlavə maliyyə yükü gətirə bilər. Bununla belə, Brüssel hesab edir ki, uzunmüddətli məqsəd — strateji məhsul istehsalında Avropa dominatlığını bərpa etmək — bu xərcləri əsaslandırır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay