Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Evdə pərdəarxası təsir gücü: Tramp administrasiyasının “boz kardinalı” kimdir?..

ABŞ-nin Avropa siyasətini və Rusiya–Ukrayna danışıqlarını formalaşdıran əsas fiqur…

Poliqon xəbər verir ki, Politico nəşri ABŞ-nin Tramp administrasiyasında geniş ictimaiyyətə tanış olmayan, lakin real təsir gücünə malik əsas fiqurlardan biri olan,  milli təhlükəsizlik üzrə müşavir müavini vəzifəsində çalışan Beyker haqqında geniş analitik məqalə dərc edib.

Nəşrin yazdığına görə, Beyker uzun müddətdir kölgədə qalmasına baxmayaraq, Tramp administrasiyasının Avropa müttəfiqlərinə qarşı sərt mövqeyinin formalaşdırılmasında, eləcə də Rusiya ilə Ukrayna arasında mümkün sülh razılaşmasına yönəlmiş təşəbbüslərdə fəal rol oynayır. Onun iştirakı ilə Ukrayna üzrə danışıqların ilkin konturları cızılıb və xüsusilə mineral ehtiyatlarla bağlı mümkün razılaşmalar müzakirə olunub.

ABŞ-nin keçmiş milli təhlükəsizlik üzrə müşavir müavini Vonqun sözlərinə görə, Beyker “Ukrayna danışıqlarının ilkin mexanizmlərinin qurulması və işə salınmasında mühüm rol oynayıb”.

Politico həmçinin anonim amerikalı rəsmini sitat gətirərək Beykeri “çox ağıllı və strateji düşüncəyə malik mütəxəssis” kimi xarakterizə edir. Bildirilir ki, o, rus, bolqar və fars dillərini sərbəst bilir.

Nəşrin məlumatına əsasən, Beyker 2025-ci ilin fevralında ABŞ-nin vitse-prezidenti Cey Di Vens tərəfindən Münhen Təhlükəsizlik Konfransında səsləndirilmiş və Avropa paytaxtlarında ciddi rezonans doğurmuş çıxışın hazırlanmasında da iştirak edib. Həmin çıxış ABŞ-nin Avropa müttəfiqlərinə münasibətdə daha sərt və tənqidi xəttinin rəmzi kimi qiymətləndirilmişdi.

Politico qeyd edir ki, Beyker hazırda vitse-prezident Vensin ən yaxın çevrəsinə daxil olan əsas fiqurlardan biridir. O, Vensin xarici siyasət baxışlarının formalaşmasına təsir göstərir və Ağ Evin milli təhlükəsizlik sahəsində, xüsusən də ABŞ-nin Avropa müttəfiqləri ilə münasibətlərində qəbul etdiyi bir sıra strateji qərarların arxasında dayanır. Nəşr vurğulayır ki, Vaşinqton və Avropa paytaxtlarından kənarda onu tanıyanlar az olsa da, Tramp administrasiyasının xarici siyasətini anlamaq üçün məhz Beyker əsas açar fiqur hesab olunur.

Məlumata görə, Beyker 2010-cu ildə ABŞ Dövlət Departamentində fəaliyyətə başlayıb və burada 13 il çalışıb. O, həm Əfqanıstanda, həm də Brüsseldə NATO-nun mənzil-qərargahında müxtəlif vəzifələrdə xidmət edib. Beyker 2023-cü ildə Dövlət Departamentindən ayrılıb. Politico yazır ki, onun əsas motivasiyası “ABŞ-nin gücünün xaricdə səmərəsiz şəkildə xərcləndiyi və Amerika xalqının maraqları naminə yetərincə istifadə olunmadığı” fikri olub. Məhz bu baxışları bölüşən siyasətçi kimi o, Cey Di Vensə yaxınlaşıb.

2025-ci ilin yazında Tramp administrasiyası tərəfindən Milli Təhlükəsizlik Şurasında aparılan genişmiqyaslı struktur islahatları fonunda Beyker milli təhlükəsizlik üzrə müşavir müavini vəzifəsinə təyin edilib. Mənbələrin bildirdiyinə görə, onun yüksək intellekti və analitik bacarıqları Ağ Ev daxilində ona geniş dəstək qazandırıb və o, Trampın aparat rəhbəri Uaylsla da “çox yaxın münasibətlər” qurub.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay