Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev: Uitkoff və Kușner Əbu-Dabidə Rusiya və Ukrayna ilə danışıqlarda iştirak edəcək...

Sabah Əbu-Dabidə üçtərəfli ABŞ-Ukrayna-Rusiya danışıqların növbəti raundu keçiriləcək...

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin keçmiş baş müşaviri, milyarder iş adamı Cared Kușner fevralın 4-də Əbu-Dabidə Rusiya və Ukrayna ilə üçtərəfli danışıqlarda iştirak edəcəklər.

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.

“Uitkoff və Cared Kușner sabah Əbu-Dabidə olacaq və üçtərəfli danışıqların növbəti raundunda iştirak edəcəklər”, deyə Levitt bildirib.

Ağ Evin sözçüsü əlavə edib ki, yanvar ayında keçirilən əvvəlki görüş “tarixi xarakter daşıyırdı” və bu formatın davam etdirilməsi tərəflər üçün vacibdir.

Xatırladaq ki, bu ilin ilk üçtərəfli danışıqları yanvarın 23-24-də Əbu-Dabidə baş tutub. Fevralın 1-nə planlaşdırılan ikinci raund ləğv edilmiş, daha sonra isə tərəflərin qrafiklərinin uzlaşdırılması zərurəti səbəbindən fevralın 4-5-nə keçirilmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı “üç tərəfin əlavə vaxt koordinasiyası ehtiyacı” ilə izah etmişdi.

Fevralın 3-də isə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, Rusiya Silahlı Qüvvələrinin ölkənin enerji infrastrukturuna qarşı kütləvi raket zərbələri fonunda Ukrayna danışıqlar qrupunun iş qrafiki və formatı yenidən nəzərdən keçiriləcək. Zelenskinin bu açıqlamasından sonra danışıqların fevralın 4-də keçiriləcəyi barədə rəsmi təsdiq Ağ Ev tərəfindən verilib.

Məlumatlara görə, danışıqlar Əbu-Dabi formatında davam etdirilir və hazırkı mərhələdə əsas diqqət atəşkəs mexanizmlərinin müzakirəsinə, hərbi əməliyyatların intensivliyinin azaldılmasına və humanitar məsələlərə yönəlib. Lakin tərəflər arasında mövqelər hələ də ciddi şəkildə fərqlənir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay