Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AEM deputatların dərman çatışmazlığı ilə bağlı fikirlərinə münasibət bildirib

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Milli Məclisin səhiyyə komitəsinin “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı dərmanların keyfiyyəti və çatışmazlığı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib...

Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə dərman vasitələrinin çatışmazlığı və onların keyfiyyəti barədə yayılan məlumatlardan xəbərdardılar:

“Analitik Ekspertiza Mərkəzinin (AEM) səlahiyyətinə ölkəyə rəsmi yolla idxal edilən dərman vasitələrinin sənədlərinin uyğunluğunun yoxlanılması, tərkibinin laborator analizi və idxal icazəsinin verilməsi daxildir. AEM laboratoriyasından keçən və Səhiyyə Nazirliyi tərəfindən nəzarət markası alan istənilən dərman vasitəsinin onun istehsalçısı tərəfindən içlik vərəqəsində qeyd edilən saxlanma şərtlərinə riayət edildiyi təqdirdə mərkəz tərəfindən onun keyfiyyətinə zəmanət verilir.

Bu məsələ ilə bağlı dəfələrlə əhaliyə müraciət edilib ki, apteklərdə qutusunda nəzarət markası və Azərbaycan dilində içliyi olmayan, respublikaya qeyri-qanuni yollarla gətirilən və ya gözlənilən təsiri olmayan hər hansı dərman vasitələri ilə bağlı bizə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in “Bir pəncərə” sektoruna müraciət edə və ya “qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in pharma.az saytının MÜRACİƏT bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış çekini və alınan ünvanı yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırma apararaq, müvaffiq tədbirlər görür.

Ölkəyə dərman vasitələrinin gətirilməsinin sadələşdirilməsi barədə səsləndirilən fikirlərlə bağlı isə onu deyə bilərik ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi icraedici orqandır və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Əgər qanunvericilikdə dəyişikliklər olarsa, AEM də həmin dəyişikliklərə uyğun fəaliyyət göstərəcək”.

Poliqon.info


Etiket: dərman aptek


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar