Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda Novruz şənliyi keçirilib

Bu gün Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon bayram şənliyi keçirilib... 

İlk öncə bayram ərəfəsində Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları tərəfindən Abşeronda yaşayan şəhid ailələrinə və qazilərə baş çəkilmiş, onlar xalqımızın qədim bayramı olan Novruz bayramı münasibətilə təbrik edilib.

O cümlədən, şəhid məzarları və Şəhid Xatirə Kompleksləri ziyarət olunmuş, ruhlarına dualar oxunub.

Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində Heydər Əliyev Parkında keçirilən Novruz bayramı tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon içtimaiyyəti iştirak edib.
“Yanardağ” Dövlət-Tarix Mədəniyyət və Təbiət Qoruğundan gətirilən alovla şəhid övladları və qazilər bayram tonqalını qalayıb. Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəb və bağça kollektivləri öz sərgiləri ilə qonaqları sevindirib. Bayram şənliyində Dədə Qorqud və Bahar Qız yazın gəlişini müjdə vermiş və park ərazisində bayram gəzintisinə başlanılıb. Burada milli geyimli iştirakçılar tərəfindən nümayiş olunan xalq oyunları, rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi və yarmarka iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Gəzintidən sonra incəsənət xadimləri tərəfindən konsert proqramı təqdim edilmiş və teatr tamaşaları göstərilib.

Onu da qeyd edək ki, Novruz bayramının gəlişi ilə əlaqədar rayon ərazisində hər həftə həyata keçirilən iməclik tədbirləri bu həftə sonu da davam etdirilib, yaşıllıq sahələrində mövsümi işlər görülüb, park və bağlarda ağaclara aqroqulluq göstərilib.

Fotolar

Poliqon.info


Etiket: Novruz bayramı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada dava olub...

İsrail və yəhudi mediası həyəcan təbili çalır: SEPAH İlham Əliyevi təhdid edir... 

Azərbaycanlı milyarderin müharibə haqda səs yazısı yayılıb – Video

Erməni deputat Ordumuzun əməliyyatı haqda: Bu gün səhər…

Ordumuz son əməliyyatı belə keçirib – Təfərrüat

“Zita və Gita” 50 il sonra hərkəsi təəccübləndirdi

İlham Əliyev 1 həftə əvvəl xəbərdarlıq etmişdi - Ordumuz hərəkətə keçdi: Yollar nəzarətə götürüldü

Ermənilərin qaldırdığı bu şüarın mənası açıqlandı

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Kissincerdən bədbin proqnoz: Böyük problemlər yaranacaq...

Ən çox oxunanalar