Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və İranın “qəribə müharibəsi” - Video

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üç ölkədəki hədəflərə eyni anda raket-aviasiya zərbələri endirib. Əvvəlcə Suriya və İraqın şimal bölgələrində hədəflər atəşə tutulub. Həmin günün axşam saatlarında Pakistanın qərbindəki hədəflərə hücum edilib...

Tehran bunu SEPAH-ın və İranla müttəfiq siyasi qüvvələrin bir sıra yüksəkvəzifəli funksionerlərinin qətlinə, eləcə də Kermandakı qəbiristanlıqda törədilən terror aktına cavab olaraq təqdim edib. İran rəhbərliyi müasir silahlardan istifadə etməklə xarici təhlükələrə qarşı durmaq qabiliyyətini öz əhalisinə məmnuniyyətlə nümayiş etdirir.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti videomaterialda bildirilib.

Müəllifin fikrincə, ABŞ və İsrailə qarşı ideoloji akkompanementlərə baxmayaraq, İranın fəaliyyətləri çoxdan məlum hədlər daxilində qalıb: amerikalıları incitməmək üçün ABŞ hədəflərinə son dərəcə dəqiqliklə hücum edilib.

Elə Vaşinqton da bu razılaşmanı pozmadan oynayır; İranın müttəfiqi husilərə qarşı yeni kampaniya bunun daha bir təsdiqi oldu. Hazırkı ABŞ rəhbərliyinin razılaşmaya sadiq qalması üçün əlavə səbəbləri var - payız seçkilərində ABŞ Prezidenti Co Bayden yalnız bəzi yeni qələbələr nümayiş etdirərsə, yenidən seçilə biləcək. Bu mənada, diqqətlə təşkil edilmiş “İrana qarşı mübarizə” kampaniyası onun üçün çox faydalıdır. Hələ ki Tehran onu məyus etməyib.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

Ən çox oxunanalar