Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ukraynaya maliyyə dəstəyini dayandırıb

Ağ Ev: Trampın qərarı ilə maliyyələşdirmə bitib…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qərarı ilə Vaşinqton Ukraynaya maliyyə dəstəyini tam dayandırıb. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, ABŞ artıq Kiyevə birbaşa maliyyə ayırmasa da, NATO çərçivəsində “xeyli sayda silahları göndərməyə və ya satmağa” davam edir.

Levit xatırladıb ki, Ağ Ev bir neçə dəfə ABŞ-nin artıq Ukrayna müharibəsini maliyyələşdirmədiyini bəyan edib. Prezident Tramp noyabr ayında bildirmişdi ki, ABŞ bu münaqişəyə ümumilikdə 350 milyard dollar xərcləyib. Hazırda isə administrasiya əlavə pul xərcləmir, əksinə, NATO ölkələrinə silah satışı ilə gəlir əldə edir.

ABŞ və NATO-nun Ukraynaya yardımı üçün yaradılmış yeni mexanizm, “Prioritized Ukraine Request List” (“Ukraynanın prioritet tələbatları siyahısı”) iyul ayında prezident Donald Tramp və NATO baş katibi Mark Ryuttenin razılığı ilə işə düşüb. Bu mexanizm Avropa ölkələrinə və Kanadaya ABŞ ehtiyatlarından Ukrayna üçün silah-sursat almağa imkan verir.

Bu mexanizm çərçivəsində Kiyevə maliyyələşdirilən tədarüklərin həcmi oktyabr ayına olan məlumata görə təxminən 1,9 milyard avroya çatıb. ABŞ administrasiyası bunu Ukraynaya maliyyə yükü daşımadan, müharibə ilə bağlı öhdəlikləri NATO ölkələrinin üzərinə ötürən “daha dayanıqlı model” kimi təqdim edir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay