Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq sazişini müzakirə edir

Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı krallığın İsraillə münasibətlərinin normallaşdırılmasının şərti kimi hərbi əməkdaşlıq sazişinin bağlanması imkanını müzakirə edir...

Poliqon xəbər verir ki, bu barədə Amerika rəsmiləri arasında olan mənbələrə istinadən The New York Times qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, Vaşinqton və Ər-Riyadın müzakirə etdiyi saziş ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə bağladığı müdafiə sazişlərinə bənzəyəcək. Sənəddə göstərilir ki, Birləşmiş Ştatlar krallığa və ya digər Yaxın Şərq dövlətinə hücum ediləcəyi təqdirdə Səudiyyə Ərəbistanına hərbi dəstək göstərməyi öhdəsinə götürür.

“Vəliəhd şahzadə Məhəmməd bin Salman Birləşmiş Ştatlarla müdafiə sazişini ABŞ prezidenti Co Bayden administrasiyası ilə Səudiyyə-İsrail münasibətlərinin normallaşdırılmasına dair danışıqlarının vacib aspekti hesab edir”, deyə NYT yazır. Qəzet qeyd edir ki, Səudiyyə rəsmiləri müdafiə sahəsində əməkdaşlığın İran və ya onun müttəfiqlərinin potensial hücumlarının qarşısını almağa kömək edəcəyinə inanırlar.

NYT yazır ki, bununla belə, Amerika Konqresi ABŞ və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq sazişinə qarşı çıxa bilər. Bəzi ABŞ qanunvericiləri, xüsusən də Demokratlar Səudiyyə hökumətini və şahzadə Məhəmməd bin Salmanı “ABŞ-ın maraqlarına və insan haqlarına az əhəmiyyət verən etibarsız tərəfdaş” kimi qiymətləndirirlər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay