Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiyaya yardım edən Çin şirkətlərinə qarşı tədbir görəcək

Dövlət Departamenti Rusiyaya yardım edən Çin şirkətlərinə qarşı əlavə tədbirləri istisna etmir...

Poliqon xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. Miller qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyaya dəstək verdikləri üçün Çin şirkətlərinə qarşı tədbirləri sərtləşdirə bilər. O, yeni sanksiyaların nə ola biləcəyini açıqlamayıb.

“Biz Çin hökumətinə Çin şirkətlərinin Rusiyanın müdafiə sənayesi bazasının yenidən qurulmasına kömək etmək üçün atdığı addımlarla bağlı narahatlığımızı bildirdik və bu hərəkətlərin qəbuledilməz olduğunu açıqladıq. Lazım gələrsə, əlavə tədbirlər görməkdən çəkinməyəcəyik”, deyə Metyu Miller brifinqdə bildirib.

Qeyd edək ki, iyunun 12-də ABŞ Maliyyə Nazirliyi 300-dən çox yeni məhdudiyyət tətbiq etməklə Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib. Xarici hüquqi şəxslər də sanksiyalara məruz qalıb. Xüsusilə, sanksiyalar Çinin müdafiə şirkəti “Poly Technologies”, kompüter avadanlığı istehsalçısı “DeepCool”, ticarət və konsaltinq şirkəti “Daytek”, nəqliyyat və logistika şirkəti “Asialink” və elektron avadanlıq təchizatçısı “Chongqing Fagima Electro-mechanical Equipment”ə təsir edib.

Çin Xarici İşlər Nazirliyi ABŞ-dan bu sanksiyaları ləğv etməyi tələb edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Bəzi bölgələrə leysan yağır - Faktiki hava, Yenilənib    

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay