Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ rəsmisi Bakı və İrəvan arasında son razılaşmalarla tanış olacaq

Biz davamlı və dayanıqlı sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Ermənistanın səylərini dəstəkləyirik...

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistan-Azərbaycan sülh prosesinə dəstək məqsədilə regiona səfərə gəlib.

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən “Report”a bildirib ki, mayın 25-dək regionda səfərdə olacaq L.Bono əsas maraqlı tərəflərlə görüşlər keçirəcək.

“Bu səfər L.Bonoya ABŞ və digər ölkələrin ev sahibliyi etdiyi son danışıqların nəticələrini inkişaf etdirməyə imkanı verəcək. Bizdə AzərbaycanErmənistanın sülh prosesində səmərəli iştirak etmək üçün son vaxtlar göstərdikləri səylər ümid yaradır və Dövlət Departamentinin nümayəndəsi bu prosesdə gələcək müsbət irəliləyişləri səbirsizliklə gözləyir”, - səfirlikdən bildirilib.

Səfirliyin nümayəndəsi qeyd edib ki, L.Bono AzərbaycanErmənistan arasında əldə olunan son razılaşmalarla tanış olacaq və bu, ona həll olunmamış məsələlərlə bağlı tərəflərin mövqelərini daha yaxşı başa düşməyə kömək edəcək:

“Biz davamlı və dayanıqlı sülhün təmin edilməsi istiqamətində AzərbaycanErmənistanın səylərini dəstəkləyirik. ABŞ Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqdir”.

Xatırladaq ki, bu gün Bakıda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar