Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İranla nüvə sazişinin bərpasını müzakirə etmir…

Dövlət Departamentinin sözçüsü martın 6-da jurnalistlərə bildirib ki, ABŞ hakimiyyəti İranla nüvə sazişinin bərpasını müzakirə etmir…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, Dövlət Departamenti İranla nüvə sazişinə qayıdılmayacağına işarə edib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani martın 6-da deyib ki, İran 2015-ci ildə imzalanmış nüvə sazişini diriltməyə sadiqdir.

Onun sözlərinə görə, MAQATE-nin baş katibi Rafael Qrossinin Tehrana son səfəri də bu siyasətin tərkib hissəsidir.

Nüvə sazişi İran və 5+1 ölkələr qrupu (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - Rusiya, Çin, Fransa, Böyük BritaniyaABŞ + Almaniya) tərəfindən 2015-ci ildə bağlanıb. Razılaşma Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ona qarşı sanksiyaların ləğvini nəzərdə tuturdu.

2018-ci ildə ABŞ prezidenti Donald Tramp birtərəfli qaydada Vaşinqtonu sazişdən çıxarıb və İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bundan sonra İran sövdələşmə üzrə öhdəliklərinin icrasını tədricən ləğv etməyə başlayıb.

2021-ci ildə Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Vyanada nüvə sazişinin yenilənməsi üçün danışıqlara başlanılıb. 2022-ci ildə danışıqlar dayandırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar