Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın narahatlığı və Paşinyana qıcıq olması - Vaşinqton İrəvana təzyiq etməyə başlayıb…

Paşinyanın hər fürsətdə sülh prosesində Rusiya variantına üstünlük verdiyini vurgulamasına görə Blinken Ermənistanın Baş nazirini azarlayıb…

PİA.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzetinin yaydığı məlumatda bildirilir.

Qəzet yazır ki, bu günlərdə ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Rəsmi məlumatlardan məlum olub ki, Dövlət Katibi bir sıra protokol ənənələri ilə yanaşı, konkret nəticələrə nail olmaq üçün Paşinyanı sülh prosesinin asanlaşdırılmasında irəliləyişi davam etdirməyə çağırıb. Çoxlarını maraqlandıran sual budur ki, Blinken belə “tövsiyyə zəngi” niyə yalnız Ermənistan tərəfinə müraciət edib? Əksər ekspertlərin fikrincə, burada problem birtərəflilik deyil, problem sülh sazişi təklifləri ilə bağlı Paşinyanın Rusiya variantına üstünlük verməsi Vaşinqtonu qıcıqlandırır. Buna görə də Blinkenin “qəzəbi” Yeravana ünvanlanmalı idi.

“Əslində beyinlərdə parlayan sualın daha dərin alt mətni var. Diplomatik mənbəmizin bildirdiyinə görə, Blinken Paşinyanla protokol dilindən kənar, kifayət qədər sərt tonda danışıb. Bu sərt tonun isə geosiyasi səbəbləri var. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbənin bizə verdiyi məlumata görə, Amerika tərəfi Azərbaycan-Ermənistan münasibətlərin normallaşdırılması ilə bağlı İrəvanın ABŞ-ın deyil, Rusiyanın variantını müdafiə etməsi Vaşinqtonu ciddi narahat edib”, deyə “Past” qəzeti yazır.

Məsələ ondadır ki, Ermənistan hakimiyyəti Paşinyanın simasında dəfələrlə açıq şəkildə bəyan edib ki, onlar Rusiyanın təkliflərinə (“Qarabağ məsələsi”nin həllinin gələcək nəsillərə ötürülməsi, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması və s.) tərəfdarıdırlar.

“Amerika tərəfi “Vaşinqton variantı”ndan fərqli olaraq “Rusiya variantı”nın sonda dominant olacağından ciddi şəkildə narahatdır. Çünki Yeravanın “Rusiya variantını” müdafiə etməsi Vaşinqtonun Cənubi Qafqazdakı geosiyasi maraqlarına zərər verir. Yeravanın ambitsiyaları ucbatından “Rusiya variantı”nın sonucda qəbul edilməsi Qərbin regionumuzdakı planlarının iflasa uğraması demək olacaq. Təbii ki, Rusiyanın regionda istənilən aktivliyi, təsir zonalarını bərpa etməsi və genişləndirməsi, yumşaq desək, kollektiv Qərbin və xüsusən də ABŞ-ın Cənubi Qafqazda geosiyasi maraqları ilə daban-dabana ziddir”, deyə “Past” qəzeti yazır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Bakıda baş verən güclü yanğın uçuşlara necə təsir edib?

Ən çox oxunanalar