Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Dövlət Departamentində casus qalmaqalı - Tanınmış ekspert həbs olundu

Bloomberg: Ağ Evin keçmiş əməkdaşı və Dövlət Departamentinin hazırkı müşaviri Əşli Tellis gizli sənədləri qanunsuz saxladığına görə FBI tərəfindən saxlanılıb..

Poliqon xəbər verir ki, ABŞ-ın xarici siyasət elitasında ciddi rezonans doğuran casusluq qalmaqalı baş verib. ABŞ Federal Təhqiqat Bürosu (FTB) Ağ Evin Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı, hazırda Dövlət Departamentində baş müşavir və tanınmış ekspert kimi fəaliyyət göstərən Eşli Tellisi həbs edib. Onun evində aparılan axtarış zamanı “məxfi” və “tam məxfi” qrifləri daşıyan 1000-dən artıq səhifəlik sənəd aşkarlanıb.

Bloomberg-in məlumatına görə, Tellis beynəlxalq münasibətlər sahəsində nüfuzlu ekspert kimi tanınır. O, hazırda Karnegi Beynəlxalq Sülh Fondunda Hindistan üzrə aparıcı mütəxəssis kimi fəaliyyət göstərir, əvvəllər isə Corc Buş administrasiyasında Hindistan üzrə baş müşavir və ABŞ-ın Yeni Dehlidə yüksəkvəzifəli diplomatı olub. Hazırda Tellis Dövlət Departamentində baş müşavir olmaqla yanaşı, Pentaqonun Strateji Qiymətləndirmə İdarəsinin (Office of Net Assessment) podratçısı kimi də çalışırdı.

FTB-nin xüsusi agenti Ceffri Skottun məhkəməyə verdiyi ifadəyə görə, Tellis qorunan dövlət binalarından gizli materialları çap edib çıxarıb, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin imkanlarına dair məxfi hesabatları öz portfelində Dövlət Departamentinin qərargahından çıxarıb.

Skott bildirib ki, son illərdə Tellisin Çin rəsmiləri ilə bir neçə dəfə görüşdüyü də müəyyən edilib. Xüsusilə, 2022-ci ildə Virciniya ştatının Fərfaks şəhərindəki restoranda keçirilən axşam yeməyində Tellisin Çin nümayəndələri ilə görüşdüyü, görüşə manila zərfində sənədlərlə gəldiyi, lakin restorandan zərfsiz çıxdığı müşahidə olunub.

Ekspertin həbsindən sonra ABŞ diplomatik dairələrində ciddi suallar yaranıb. Təhlükəsizlik orqanları onun dövlət sirrini ötürüb-ötürmədiyini, yaxud bu sənədlərin hansı məqsədlə çıxarıldığını araşdırır.

Eşli Tellisin uzun illərdir Qərb mediasında çıxışlar etdiyi, xarici siyasət mövzusunda elmi məqalələr dərc etdirdiyi bildirilir. Analitiklər hesab edirlər ki, bu hadisə Vaşinqtonun diplomatik və kəşfiyyat strukturlarında daxili etimad böhranını daha da dərinləşdirə bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay