Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-də ilin əvvəlindən üçüncü qismən şatdaun təhlükəsi yaranıb

Senat Daxili Təhlükəsizlik Nazirliyinin büdcəsini təsdiqləyə bilməyib...

Poliqon xəbər verir ki, fevralın 14-nə keçən gecə Amerika Birləşmiş Ştatlarında ilin əvvəlindən üçüncü qismən hökumət şatdaunu başlaya bilər. Bu dəfə maliyyələşmənin dayanması riski ABŞ Daxili Təhlükəsizlik Nazirliyi-nin bir neçə qurumunu əhatə edir. Söhbət xüsusilə Nəqliyyat Təhlükəsizliyi Agentliyi, Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi və ABŞ Sahil Mühafizəsi-ndən gedir. Digər nazirlik və federal qurumlara şatdaun təsir etməyəcək, çünki onların maliyyələşməsi sentyabr ayının sonunadək artıq təsdiqlənib.

Məlumata görə, Konqres hökumətin qismən bağlanmasına bir addım daha yaxınlaşıb. Belə ki, Senat Daxili Təhlükəsizlik Nazirliyinin büdcəsi üzrə səsverməyə başlamaq üçün tələb olunan prosedur baryeri – 60 səs həddini aşa bilməyib. Layihənin lehinə 52 senator səs verib ki, bu da prosesin irəliləməsi üçün kifayət etməyib.

Fikir ayrılıqlarının əsas səbəbi ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin fəaliyyəti ilə bağlıdır. Demokratlar qurumun iş qaydalarına ciddi məhdudiyyətlərin tətbiqini tələb edirlər. Onlar miqrantların saxlanılması üçün məhkəmə orderlərinin məcburi olmasını, əməkdaşların irqi profilləşdirmə praktikasına yol verməməsini, əməliyyatlar zamanı maskalardan istifadənin qadağan edilməsini, eləcə də güc tətbiqi ilə bağlı yeni və daha sərt standartların müəyyənləşdirilməsini istəyirlər.

Demokratların tələbləri son dövrlərdə ICE əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən törətdikləri bir neçə ölüm hadisəsi fonunda irəli sürülüb. Həmin insidentlər ölkə üzrə genişmiqyaslı etiraz aksiyalarına səbəb olub və federal hüquq-mühafizə orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi çağırışlarını artırıb.

Hazırkı vəziyyətdə tərəflər arasında kompromis əldə olunmasa, Daxili Təhlükəsizlik Nazirliyinin bəzi strukturları fəaliyyətini müvəqqəti dayandırmalı olacaq. Bu isə hava limanlarında təhlükəsizlik yoxlamalarından tutmuş fövqəladə hallara reaksiya mexanizmlərinədək bir sıra vacib xidmətlərin işində gecikmələr və məhdudiyyətlər yarada bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay