Çərşənbə, 22 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Cənubi Koreyanı qorumaq üçün nüvə silahından istifadə etməyə hazırdır

Pentaqon rəhbəri billdirib ki,  ABŞ Cənubi Koreyanı qorumaq üçün həm nüvə, həm də adi silahlardan istifadə etməyə hazırdır...

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Seulda keçirdiyi mətbuat konfransında bildirib.

Pentaqon rəhbəri Vaşinqtonun Cənubi Koreyanı qorumaq öhdəliyinin sarsılmaz olduğunu vurğulayıb.

“Birləşmiş Ştatlar adi və nüvə silahları, eləcə də raket əleyhinə müdafiə sistemləri də daxil olmaqla, bütün hərbi imkanlardan istifadəni nəzərdə tutan nüvə qarşısının alınması öhdəliyinə sadiqdir”, deyə Lloyd Ostin jurnalistlərə bildirib.

Pentaqon rəhbəri həmçinin qeyd edib ki, Şimali Koreya son bir ildə “görünməmiş sayda təxribatlar” törədib. Eyni zamanda Cənubi Koreyada 28,5 min Amerika hərbi qulluqçuları xidmət edir və Vaşinqton Koreya yarımadasında sülhü qorumaq niyyətindədir.

Ostin həmçinin qeyd edib ki, Cənubi Koreya və ABŞ 2023-cü ildə birgə təlimlərin miqyasını genişləndirmək qərarına gəlib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb - Yenilənib

Nizamini farslaşdırmağa çalışan çarəsiz İrandan daha bir təxribat - Video

Qoz, sirkəli salat, siqaret: İçki içmək ədəbinin incəlikləri professorun dilindən

Ramazan bayramı ilə əlaqədar bu tarixlərdə iş olmayacaq

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi - Foto

“Real Madrid” futbolçusuna 1 milyard avro qiymət qoydu

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı + Foto

MN: Sülhməramlı kontingentin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi qəbuledilməzdir

Avstriya - Azərbaycan oyununu yayımlayacaq kanal məlum oldu

Ən çox oxunanalar