Cümə axşamı, 20 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təriqətlərin hakimiyyət üçün gizli mübarizəsi



Xaləddin İbrahimli 

Türkiyədə (Azərbaycanda da) indi ən aktual mövzu dini təriqətlərlə siyasi hakimiyyət arası münasibətlərdir.  Niyə Türkiyədə, ümumiyyətlə İslam ölkələrində bu cür hadisələr baş verir, xristian, eləcə də digər dinlərə ibadət olunan ölkələrdə baş vermir? 

Bir qədər ətraflı düşünsək izahın sadə olduğunu görəcəyik.

Birincisi, İslam dininin mahiyyəti ilə bağlıdır. Yəni İslamla siyasət yaranışından çulğalaşmış şəkildədir. Başqa dinlərə ibadət olunan ölkələrdən fərqli olaraq İslam ölkələrində din siyasətdən ayrı deyil, həm də əsrlərdir ki, dartınır ayrıla bilmir. Örnəyi ən qabaqda gedən Türkiyə. Sekulyar, demokratik, parlament idarəçiliyinin bərqərar olduğu dövlətdir. Lakin son zamanlar baş verən proseslər də göstərdi ki, dövlət hələ də dindən qopa bilməyib. Başqa sözlə, ana yasada tamamilə fərqli hüquqi təsbitlərin olmasına baxmayaraq dini təriqətlər siyasi hakimiyyət uğrunda gizli mübarizə aparır, müxtəlif hakimiyyət institutlarında hakim mövqe əldə etmək, söz sahibinə çevrilmək üçün gizli örgütlər qurur, yeraltında sistemli və davamlı fəaliyyət göstərir və dövlətin idarəçilik sükanını ələ keçirə bilirlər. 

Hansı ideyalarla, dəyərlərlə silahlanmalarına, hansı mütərəqqi və faydalı düşüncələri yaymalarına baxmayaraq belə təriqətlərin siyasi hakimiyyət uğrunda mübarizə aparmaları təhlükəli və qeyri-qanunidir. Nə üçün?

Cavab yenə sadədir: siyasi hakimiyyəti əldə etməyin yeganə demokratik yolu demokratik seçkilər, ümumxalq səsverməsidir. Gizli yollarla siyasi hakimiyyətə yiyələnmə xalqı aldatmaqla hakimiyyəti qəsb etməkdir. Demokratik rejimin bərqərar olduğu ölkədə nurçu, qırçı, nə bilim daha nəçi təriqətləri yaratmağa nə ehtiyac var. Qeyri-ciddi görünsə də deyim ki, günü sabah dizimi bir ay yerə qoyaram mükəmməl bir təlim də mən yaradaram. Burda çətin bir iş yoxdur. Çünki yaradılan nə varsa bu və ya başqa şəkildə hamısı bir-birinin təkrarıdır. Mütaliə resursundan səmərəli istifadə etmək, tarixi bir az vərəqləmək və azca da improvizasiya kifayətdir.

Nə üçün biz müsəlmanlar hakimiyyətə yiyələnmək üçün indi qərbin vaxtaşırı tətbiq etdiyi və bəhrəsini gördüyü demokratik üsullardan istifadə etmirik, fərqli yollar axtarırıq, zaman-zaman dindən yapışıb onu siyasət meydanına gətiririk.

Nə üçün başqa dinə ibadət edən ölkələr gizli dini təriqətlər yaradıb hakimiyyət uğrunda xəlvəti mübarizə aparmırlar. Xalqdan xəlvəti xalq üçün çalışmaq nə deməkdir? Dini təriqət yaradanlar və yaxud tarixdəkiləri demontaj edənlər heç bu barədə düşünüblərmi? Düşünən varsa, tapdığı cavabı bölüşsün, lütfən.

Görüşlərini, dəyərlərini yamaq məqsədilə təriqət yaradırsan, yarat. Amma dövlətin işlərinə qarışmaq nədir? Bir də ki, indiki dövrdə bu təriqətlərə ehtiyac varmı? Niyə bu təriqət deyilən Norveçdə, İsveçrədə, Yaponiyada, Güney Koreyada, Braziliyada yaranmır. Hardandır bu müsəlmanlarda təriqət mərəzi? Balaca Suriyada nə qədər təriqət, dini cərəyan, təşkilat döyüşür -hamısı bir yerdə milləti və dövləti zəlil günə qoydu. Əmin ola bilərsiniz ki, boşluq yaransa bənzəri hadisələr Türkiyə daxil istənilən müsəlman dövlətində baş verə bilər. 

Bir nümunə kimi yuxarıda göstərilən ölkələrdə olduğu kimi hüquq dövləti qurmaq, ancaq və ancaq qanunlarla işləmək, məhkəmələri gücləndirmək kifayətdir.

Gəldiyim qənaət budur ki, Türkiyə bu məsələyə ciddi yanaşmasa, daxilində əsaslı islahatlar, sərt tədbirlər, nizamlama işləri aparmasa milli birliyini də, ordusunun gücünü və nüfuzunu da, demokratiyasını da itirib parça-parça olacaq. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tural Müseyibov işdən çıxarıldığını təkzib edib - Yenilənib

Bakıda 27 yaşlı kişi çimərlikdə qətlə yetirilib, şübhəli saxlanılıb - Yenilənib

Məşhur turizm saytından Azərbaycana qarşı təxribat – Dövlət Turizm Agentliyi hara baxır...

Moskvanı Ruben Vardanyanın taleyi maraqlandırmır

Nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-in nümayəndə heyəti Belarusda səfərdədir - Foto, Video

Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Cəlilabadda su bəndində boğulanların kimliyi bilinib - Yenilənib

13 ölkə “Şimal-Cənub” dəhlizi layihəsində iştirakını təsdiqləyib

Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab: Sülhpərvər ölkə imici yaratmaq siyasi manipulyasiyadır

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək

Ermənistan XİN: Müasir hərbi texnikalarla təchiz olunmaq suveren hüququmuzdur

Ən çox oxunanalar