Bazar ertəsi, 29 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Emin Bağırov torpağa tapşırılıb - Foto


Binəqədi rayonunda şəhid Bağırov Emin İmran oğlunun dəfn mərasimi keçirilib


Aprelin 6-da Binəqədi rayonunda qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, kəşfiyyatçı Bağırov Emin İmran oğlunun dəfn mərasimi keçirilib.

Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Azay Quliyev və Madər Musayev, Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, rayonun hüquq mühafizə orqanları, rayonun müəssisə və təşkilatları, şəhidin oxuduğu məktəbin kollektivi, İctimai Şuranın üzvləri, ictimai birliklər, birinci Qarabağ müharibəsinin iştirakçıları, YAP Binəqədi rayon təşkilatının fəalları, gənclər o cümlədən, rayon sakinləri iştirak ediblər.

Şəhid E.Bağırov Binəqədi qəsəbəsində dəfn edilib.

Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz", "Vətən sənə canım fəda" şüarları səsləndirilib. Cənazə namazı qılındıqdan sonra şəhidin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.

Dəfn mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şəhidin yaxınlarına və rayon ictimaiyyətinə bildirib ki, Şəhid Bağırov Emin Azərbaycanın suverenliyi uğrunda qəhrəmancasına həlak olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidi son mənzilə yola salmağa gələn insanlar, xalqımızın milli ruhu, vətənpərvərlik duyğuları onu deməyə əsas verir ki, Azərbaycan xalqı öz torpaqlarını qısa zamanda işğaldan azad etməyə hazırdır.

Sonra söz alan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi Hafiz Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov, mərhumun tarix müəllimi Qoşqar Hümbətov, şəhid Emin Bağırovun vətənin azadlığı uğrunda nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edərək yaxınlarına başsağlığı veriblər.

Bitib-tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində sakinlər şəhidi son mənzilə yola salıblar. Binəqədi qəsəbə qəbristanlığında torpağa tapşırılan Bağırov Emin İmran oğlu Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, yaylım atəşinin açılması ilə torpağa tapşırılıb.

Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təhvil verilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rasim Balayev aldığı 28500 manatı nəyə xərcləyəcək?

Alimlər bunu da bacardı - Bəşəriyyəti xilas edən kəşf

Azərbaycanlı deputat Ərdoğanın qələbəsinə görə qurban kəsəcək? - Video

Azərbaycanlı müğənninin canlı efirdə halı pisləşdi – Video

Tədbirə gedən məktəb direktoru qəzada öldü - Foto

Kütləvi dron hücumundan sonra Ukraynada son vəziyyət necədir? - Video

Prezident və birinci xanım taekvondo üzrə dünya çempionatının açılış mərasimində izləyiblıər - Yenilənib

Azərbaycanda zavodun fəaliyyəti nöqsanlara görə dayandırıldı - Foto

Yasamal Bələdiyyəsi sədrinin keçmişi ilə parlaq karyerası arasında nə kimi təzadlar var...

Bakıda vandalizm faktı: Tarixi binaya müdaxilə edildi - Foto

Xaricdə yaşayan türkiyəlilər Ərdoğana daha çox hansı ölkələrdən səs veriblər?

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı + Foto

Ən çox oxunanalar