Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2024-cü ildə ABŞ prezidentliyinə əsas namizədlər kimlər olacaqlar?

Demokratların Baydendən başqa potensial namizədləri var...

ABŞ-nin keçmiş prezidenti Donald Trampın dövlət başçısı postu uğrunda seçkiqabağı mübarizə mövqeləri kəskinləşib”.

Bu barədə amerikalı politoloq Malek Dudakov bildirib.

O, 2024-cü il seçkilərində ABŞ prezidentliyinə əsas namizədləri sadalayıb.

Politoloq xatırladıb ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp hələ ötən ilin noyabrında ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib.

ABŞ-nin hazırkı prezidenti Co Bayden, görünür, bu barədə fevralın 7-dən sonra elan edəcək. Yəni xalqa və Konqresə müraciət etdikdən sonra namizədliyi ilə bağlı açıqlama verəcək. Və bundan sonra onun rəsmi seçki kampaniyası başlayacaq”, - deyə o qeyd edib.

Dudakov bildirib ki, Tramp və Baydendən başqa prezident postuna dəqiq namizədlər olmasa da, Amerika siyasətində qarşıdan gələn seçkilərə qatılmağı düşünənlər də var.

“Məsələn, Trampın keçmiş vitse-prezidenti Mayk Pens namizədliyini irəli sürmək istədiyini bəyan edib, lakin hələ rəsmi olaraq bunu etməyib. ABŞ-nin BMT-dəki keçmiş səfiri və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli də seçkilərə qatılmaqdan imtina etməzdi. Respublikaçılardan Florida qubernatoru Ron Desantis var. O, “Respublikaçı Kennedi” adlandırılır və Trampın mümkün rəqibi hesab olunur”, - deyə politoloq vurğulayıb.

Malek Dudakov əlavə edib ki, demokratların da Baydendən başqa potensial namizədləri var.

“Bunlar ABŞ-nin vitse-prezidenti Kamala Harris, ABŞ-nin nəqliyyat naziri Pit Buttidjiç və Kaliforniya qubernatoru Qevin Nyusomdur”, - deyə o açıqlayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar