Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır” - Misir Mərdanov

Son günlər ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) daha bir cinayət əməlinə yol verdiyini efirdən etiraf edib...

Açıqlaması ilə özünü və ailəsini ifşa edən “Şərurlu İsfəndiyar” övladlarına saxta yolla, rüşvətlə diplom aldığını deyib.

Onun dediyi sözlər müzakirələrə yol açıb. Bu, çox ciddi qanun pozuntusu, cinayətdir. Belə çıxır, övladlarının ali təhsilini təsdiq edən sənəd (diplom) saxtadır. Bu diplomla işə düzəliblərsə, təcili araşdırılıb, işdən uzaqlaşdırılmalıdırlar. Bunu qanun tələb edir. Üstəlik, hüquqi araşdırma aparılmaldıır.

Ortaya maraqlı sual çıxır: İsfəndiyar Axundov bu diplomları neçənci ildə satın alıb? Həmin dövrdə nazir kim olub?

Saytımız bu sualla sabiq təhsil naziri Misir Mərdanova müraciət edib.

Misir Mərdanov İsfəndiyar Axundovun dediklərinin həqiqətə uyğun olmadığını bildirib:

“Əvvəla, onu qeyd edim ki, Azərbaycanda heç vaxt diplom satılmayıb. İnsanlarda yanlış fikir formalaşdırırlar. Necə yəni diplomu alıb?! Bəli, ola bilər, onun övladı universitetə hansısa yolla qəbul olub, amma dərsə getməyib və ya az gedib. Lakin dərsə gəlmədiyi halda saxta qiymətlər yazılması mümkündür. Qiymətləri yazıldığı üçün də onlara diplom verirlər. Bu, o demək deyil ki, nazir kiməsə diplom satıb. Adam çıxıb ağzına gələni danışır, saytlar da bunu tirajlayır. Belə şey yoxdur, heç vaxt da olmayıb. Nə məndən öncə, nə mənim zamanımda, nə də məndən sonra”.

Sabiq nazirin sözlərinə görə, kiminsə saxta yolla diplom almasında nazirin məsuliyyəti yoxdur:

“Hər bir universitetin rektoru nazirliyə məlumat göndərir ki, bu il təhsilini filan sayda tələbə bitirir. Rektorun da verdiyi saya uyğun universitetə boş diplom blankı verilir. Onu da müəllimlər doldurub, imtahandan qiymət alanlara verirlər. Nazir necə kiməsə diplom sata bilər?!”

Misir Mərdanov İsfəndiyar Axundovu insanları aldatmaqda günahlandırıb:

“Şərurlu İsfəndiyar camaatla bir növ oynayır. Vətəndaşların başına oyun açan birindən nə gözləyəsən? İsfəndiyar Axundov bir evi beş adama satan biridir. Elə bilir ki, bu özü bir evi beş adama satdığı kimi, diplom da satılır”.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay