Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əvəzin pul alıb danışacağını heç gözləməzdim" - Elçin Sadıqov

Elçin vəkilim olub, mən 15 il onunla fəxr eləmişəm, axırı gəldi belə oldu...

Vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Əvəz Zeynallının ötən gün keçirilən məhkəmə prosesində onun haqqında dediklərinə cavab verib.

Vəkil sosial şəbəkə hesabındakı paylaşımında bu müddət ərzində danışmadığının və səbr etdiyini bildirib.

"Düşündüm ki, yoldaşı nə yazmasından, danışmasından asılı olmayaraq gözləyim, görüm Əvəz Zeynallı nə deyir. Məni tanıyanlar bilir bütün görüşlərimdə Ə.Zeynallının həbsinin siyasi olduğunu bildirmişəm. Amma Ə.Zeynallı məni özü ilə birlikdə görmək istədiyini bildirib. Əvəz Zeynallıdan R.Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allaha şükr etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. R.Məmmədovun ailəsinə dedim ki, bu yaxşı adam deyil, 14 il pulsuz vəkillik etmişəm, indi bir şeyi xahiş edəndə pul istəyir, bununla, ümumiyyətlə danışmayaq. O gündən sonra Əvəz dayanmadı, hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı. Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni, pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.

Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu. Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi, ikimizi də tutdular. Halbuki, CM-nin 312-ci maddəsinin qeydini bilən hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs etmişdilər. Əvəzə qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var. Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib şou düzəldir. Onda belə çıxır ki, o biri ittihamların hamısı düzdür, ona görə Əvəz onları pərdələməyə çalışır. Amma onun həbsi siyasidir, ifadə azadlığına görədir, sadəcə, bu fürsətdən istifadə etdilər".

Xatrıladaq ki, jurnalist Əvəz Zeynallı ötən gün keçirilən məhkəmədə çıxış edərək, onunla birlikdə tutulmuş, hazırda ev dustaqlığında olan vəkil Elçin Sadıqovdan danışıb: “Məni Elçin Sadıqovla birlikdə tutublar, eyni maddələrlə ittiham olunuruq. Bəs indi hardadır Elçin? Niyə tutulmuşdu? Elçin vəkilim olub, mən 15 il onunla fəxr eləmişəm, axırı gəldi belə oldu. Elçin ifadəsində deyib ki, mən danışmaması və yazmaması üçün Rasim Məmmədovun arvadından pul alıb Əvəzə vermişəm. Baş prokurorun müavini Elçin Məmmədov Elçin Sadıqova dedi ki, Əvəzin əleyhinə ifadə ver get, o deyiləni edib getdi. Sonra da onu aradan çıxardılar”.(unikal)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar