Bazar ertəsi, 29 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dünyamızı, insanlığı qoruyaq"

Hal-hazırda bütün dünyanı ölüm təhlükəsi ilə lərzəyə salan (Covid -19) koronavirusun ilk dalğası yaşanır ...

Bütün dünya bu dəhşətli ölüm təhlükəsiylə üzbəüzdür. Bu virus bizim ölkədən də yan keçmədi.Baxmayaraq ki, dövlət tərəfindən tədbirlər görüldü, ancaq bu virus çox canlara qıydı. Qoca, uşaq, qadın dünyasını dəyişdi. Bu təhlükə hər birimizi ölümlə təhdid edərək eyni zamanda, psixoloji sarsıntıya məruz qoydu.Bizi öz hücrəmizə çəkməyə vadar edən vuruşu ciddiyə almadıq, qadağalara əməl etmədik.Bu da tək özümüzə deyil, eləcə də yaxınlarımıza ölüm təhlükəsi yaratdıq.

Son günlər baş verənlər bunu deməyə əsas verir ki, bu dəhşətli ölüm virusundan qorunmaq üçün qoyulan qaydalara, aparılan tədbirlərə real yanaşmadıq.

Bu da dövlət qurumlarını qabaqlayıcı tədbirlərə əl atmaq məcburiyyətinə gətirib çıxardı.

Burda Nazirlər Kabineti yanında Operativ Qərargahın həftə sonu iki günlük karantin rejiminin tətbiq olunmasıyla bağlı qərarı bir daha onun hər birimizin həyatı üçün narahat olmasının real sübutudur..Qəbul olunmuş bu qərar hər birimizin həyatını bu dəhşətli ölümdən qorumaq məqsədi daşıyır. Belə ki, ölkədə vəziyyət gözlədiyimizdən də ciddi, həyatımız üçün təhlükəlidir. Bunu hər birimiz anlamalı və dərk etməliyik.

Ölkə rəhbərinin son günlərdə apardığı tədbirlərə bu qaydalara neçə ciddi əməl etməsi hər birimiz üçün bariz nümunədir.Bütün dünyanı lərzəyə salan bu virus pandemeyasına ciddi yanaşmalı, kütlə psixologiyasından əl çəkməli, insanlar arasında inamsızlıq yaratmamalıyıq. Boş boşuna yayılan yalan cəfəngiyyatlara inanıb yaxınlarımızı sevdiklərimizi bu qaçılmaz ölümlə üzbəüz qoymamalıyıq. Dövlət qurumları tərəfindən qoyulan qaydalara əməl edərək ətrafımızı, ailəmizi, dünyamızı ən başlıcası insanlığı qorumalıyıq.

Bəzən biz unuduruq ki vətən bizim evimizdir anamızdır, yaşam səbəbimizdir. Yaddaşımızdan heç zaman silinməyən uşaqlığımız, valideynlərimizlə bağlı xatirələrimizdir. Bu gündə Azərbaycanımızı qorumaq, insanlığımızı qorumaq üçün güclərimizi, əqidələrimizi birləşdirərək birlikdə addımlamalıyıq. Hər birimiz dərk etməliyik ki, bu dəhşətli bəladan qurtarmağın yolu yalnız ən təhlükəsiz məkan olan öz evimizdir.Ən etibarlı olanlar ailə üzvlərimizdir. Daha çox qorumalı olduğumuz dogmalarımız, yaxınlarımızdır.

Mən inanıram ki, hər zaman olduğu kimi, bu çətin qaçılmaz sınaqdan da vətəndaş həmrəyliyi və fikir birliyi ilə dövlətimizə və 16 illik uğurlu yolu olan ölkə başçımıza dayaqlanaraq çıxacağıq. Hər birimiz bu təhlükəli bəladan insani dəyərlərimizi, vətənə sevgimizi, ailəmizə məhəbbətimizi və insanlığa mərhəmətimizi qoruyaraq qalib gələcəyik.

Uca Allahım həmişə bizim dünyamızı qorusun.

Hacıyeva Gülnarə Həsənqulu qızı.
Nəsimi rayonu

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə YSK: Seçki qutularının 99.99 faizi açılıb, Ərdoğan qalib gəlib

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb

Rasim Balayev aldığı 28500 manatı nəyə xərcləyəcək?

Sinan Oğan: Uduzan terrora bağlı olanlar və onlara güvənənlər oldu...

Alimlər bunu da bacardı - Bəşəriyyəti xilas edən kəşf

Azərbaycanlı deputat Ərdoğanın qələbəsinə görə qurban kəsəcək? - Video

Azərbaycanlı müğənninin canlı efirdə halı pisləşdi – Video

Putin Rəcəb Tayyip Ərdoğanı qələbə münasibəti ilə təbrik edib

Tədbirə gedən məktəb direktoru qəzada öldü - Foto

Kütləvi dron hücumundan sonra Ukraynada son vəziyyət necədir? - Video

Azərbaycanda zavodun fəaliyyəti nöqsanlara görə dayandırıldı - Foto

Bakıda vandalizm faktı: Tarixi binaya müdaxilə edildi - Foto

Ən çox oxunanalar